Azərbaycan millisi 2021-ə yekun vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi 2021-ə yekun vurdu

İdman

15 Noyabr 2021 12:50 816


Azərbaycan millisi ötən həftə keçirdiyi oyunlarla 2021-ci ilə yekun vurub.

Yenisabah.az xəbər verir ki, hərəsində 4 qolun vurulduğu Lüksemburq (1:3) və Qətərlə (2:2) matçlarla Canni de Byazili yığma 2021-ci illə vidalaşıb.

İl ərzində 13 oyun keçirən komanda cəmi 1 qələbə qazanıb. Aktivində 2 heç-heçə olan yığma 10-cu məğlubiyyətini Lüksemburqdan alıb. 11 qol vuran futbolçularımız 26 top buraxıblar. pizza mizza

Bu il futbol tariximizə iki antirekordla düşüb. Milli həm məğlubiyyət, həm buraxılan qol sayında ən pis ilini keçirib.

Lüksemburqa məğlubiyyət 2005-ci ilin antirekordunu unutdurub. 16 il öncə 9 dəfə uduzmuşduq. Bu dəfə yeni və mütləq göstərici rəsmiləşib.

Həmin oyunda buraxılan qol sayı 24-ə çatıb. Bu, antirekordun təkrarı olub. Lakin yığmamız Qətərdən də 2 qol buraxaraq yeni antirekordu rəsmiləşdirib. Milli il ərzində 26 qol buraxıb. Bunadək ən pis nəticə 1999, 2005 və 2007-ci illərdə yaşanmışdı. Hər üç il 24 qolun buraxılması ilə nəticələnib. (Apasport)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!