Ən böyük “Metaverse” layihələrindən olan “Decentraland” son günlər az sayda istifadəçini cəlb edə bilib.
Yenisabah.az xəbər verir ki, sosial media məlumatlarını toplayan “DappRadar”a görə, platformanın 24 saatlıq aktiv istifadəçi sayı son günlər 50-dən aşağı düşüb və hazırda 49-a çatıb.
İstifadəçilərə kriptovalyuta ilə virtual daşınmaz əmlak almağa və satmağa imkan verən platformanın bazar dəyəri 1,2 milyard dollardır. İstifadəçilərin sayı ilə bağlı yeni məlumatlar buna görə də məyusedici olub. pizza
İnternet istifadəçilərinin “Metaverse” trendinə marağının azalması bir müddətdir ki, müzakirə mövzusudur.
“Google Trends”in məlumatına görə, 2022-ci ilin əvvəlindən istifadəçilərin “Metaverse” axtarışına meyli xeyli azalıb.
Telegram kanalımız