Ded Xasanın qohumu Yekaterinburqda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ded Xasanın qohumu Yekaterinburqda tutuldu

Kriminal

23 Sentyabr 2020 14:46 990


Yekaterinburqda hüquq-mühafizə orqanları kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) uzaq qohumunu saxlayıb. 

Yenisabah.az xəbər verir ki, saxlanılan şəxsin Usoyan soyadını daşıdığı və yezidi kürd olduğu qeyd edilir.

Usoyanın qohumunun mənzilində aparılan axtarış zamanı Makarov tapançası, patronlar və əl qumbarası tapılıb. Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayətindəki mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx nəşrə deyib:  pizza sifarişi

"Çox vaxt cinayət aləminin nümayəndələrinin etdiyi kimi, həm tapança, həm də qumbaranın nömrələri diqqətlə təmizlənib”.

Şəxsin tutulması faktı ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi "Qanunsuz silah əldə etmə və saxlama" maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxsin "Soyğunçuluq" və "Qarət" maddələri ilə bir neçə məhkumluğu var. O, Ermənistan vətəndaşıdır. /Qaynarinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!