Ded Xasanın taclandırdığı “qanuni oğru”ya hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Ded Xasanın taclandırdığı “qanuni oğru”ya hökm oxundu

Kriminal

09 İyul 2021 21:12 1333


Moskva Şəhər Məhkəməsi kriminal aləmdə “Maxo Tibilisski” adı ilə tanınan “qanuni oğru” Malxaz Darçiyevi 9 il həbs cəzasına məhkum edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Moskva prokurorluğunun nümayəndəsi Lüdmila Nefedova məlumat verib.

39 yaşlı Gürcüstan vətəndaşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında yüksək vəzifə tutma”) maddəsi ilə təqsirli bilinir. pizza mizza

İstintaqa görə, Maxo Tbilisski kriminal aləmdəki yüksək statusunu 2011-ci ildə mərhum “qanuni oğru” Ded Xasandan alıb.

Darçiyev cəzasını sərt rejimli koloniyada çəkəcək./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!