“Mən də qorxurdum kitabımı bağlayar, gedərəm cəhənnəmə” - “İmam Mehdi”nin məhkəmə işi

saytların hazırlanması

Evə çatdırılma

“Mən də qorxurdum kitabımı bağlayar, gedərəm cəhənnəmə” - “İmam Mehdi”nin məhkəmə işi

Kriminal

30 Avqust 2022 18:06 1827


40 Nəfərə qarşı dələduzluqda ittiham olunan “Şaurma N1” restoranının şəriki, özünü “İmam Mehdi” kimi təqdim edən Aqil Babayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan proses hakim Eldar İsmayılovun sədrliyi ilə həyata keçirilib. 

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Natiq Sadıqov bildirib ki, o, təqsirləndirilən şəxsə müxtəlif vaxtlarda 370 min manat pul verib:  Marqarita pizza

“Atam da, mən də hər gün 3000 əsgərə yemək verirdik. Mənə şəhid və qazi ailələri üçün bina tikməyi qərara aldığını və pul lazım olduğunu dedi. Oktyabrın əvvəlləri ona 200 min manat verdim. Dekabrın axırları idi. Dedi ki, pul bəs eləmir. Görüşdük, 170 min də bir verdim”.

Zərərçəkən şəxs qeyd edib ki, onlar, Aqilin əxlaqsız hərəkətlər etdiyindən 2021-ci il mayın sonlarında xəbər tutublar: 

“Hicablı qadınlarla əxlaqsız hərəkətlər etdiyini öyrəndik. Çox məyus olduq. Bu hərəkətlərini biləndən sonra şübhələr yarandı ki, bəs pulları nə edir bu?

 İyunun 8-i Bəhruz zəng vurdu ki, Hacı bağa çağırır. Getdim ki, divanda oturub, qarşısında çay, uşaqlarla söhbət edir. Şahidi oldum ki, bundan soruşurlar bəs, “niyə bu əxlaqsızlıqları ancaq hicablı qadınlarla, imam əhli ilə edirsən? O qədər “pozğun” var ki... Dedi ki, mənim içimə cin girib, yalnız hicablı qadınlarla birlikdə olanda sakitləşir. Onda başa düşdüm ki, bu fırıldaqdır”.

Məhkəmə zamanı prokurorun "sizi buna səcdə etməyə nə sövq edirdi?" sualına zərərçəkmiş şəxs - "Deyirdi ki, mən Allahın nümayəndəsiyəm, kitabını bağlaya bilərəm. Məndə qorxurdum kitabımı bağlayar, gedərəm cəhənnəmə", - deyə cavab verib.

Prokurorun "Aqil Babayevin bir möcüzə etməsi ilə rastlaşmısızmı?" sualını isə zərərçəkmiş şəxs - "cənab prokuror, inanc başqa şeydir. Başınıza gəlməsə, bilmərsiniz. Hindistanda da inəyə sitayiş edirlər məsələn...", deyə cavablayıb.

İttihama görə, Aqil Babayev zərərçəkən şəxslərə ümumilikdə 2 milyon 500 min manat ziyan vurub.

Onun arşdırmalar zamanı tabeliyində olan insanlara qarşı sözündən çıxdıqda müxtəlif zorakılıq hərəkətləri etdiyi və alçaltdığı da müəyyən edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!