Dedi ki, gözlə, indi Heydər Əliyev zəng edəcək...” - Dəmiryolçunun XATİRƏLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

Dedi ki, gözlə, indi Heydər Əliyev zəng edəcək...” - Dəmiryolçunun XATİRƏLƏRİ

Maraqlı

10 İyul 2023 15:46 2898


Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda dəmir yolunun inkişafına həmişə xüsusi önəm verib. Bu da səbəbsiz deyildi, axı dəmir yolları ölkənin şah damarları hesab olunur, iqtisadiyyatın inkişafında, tərəqqidə mühüm rol oynayır... 

Heydər Əliyev də bunu yaxı bilirdi. Hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə digər vacib sahələr kimi, dəmir yollarında da milli kadrların hazırlanması işinə diqqətlə yanaşıb.

Heydər Əliyevin adı respublikada dəmir yolunun inkişafına xüsusi fikir verən bir rəhbər kimi yaddaşlara həkk olunub.  pizza

Azəbaycan müstəqilliyini bərpa edəndən sonra dəmir yolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük əksəriyyəti vaxtilə Ulu öndərin xeyir-duası ilə respublikadan kənarda oxumağa göndərilən mütəxəssislər idi. 

Sədaqət Əziz oğlu Fərəcov. Bu ad ölkənin dəmiryolu ictimaiyyətinə yaxşı tanışdır. Ot kökü üstə bitər, deyiblər. Sədaqət Fərəcov da öz kökü üstdə bitib, pərvəriş tapıb, inkişaf edib. 

Sədaqət Fərəcov da Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövrdə Azərbaycandan  kənarda oxumağa göndərilən mütəxəssislərdəndir.

Müsahibimiz 10 noyabr 1956-cı ildə Cəbrayıl rayonunun stansiya Xələfli kəndində dəmiryolçu ailəsində anadan olub. İndi haqq dünyasında olan atası Əziz kişi, mərhum qardaşı Bayram Fərəcov adlı-sanlı dəmiryolçu olub. Sədaqətdə bu peşəyə inamı, sədaqəti də onlar formalaşdırıblar. 

Sədaqət Fərəcov əmək faliyyətinə 1973-cü ilin sentyabr ayıda çilingər peşəsi ilə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə qulluq keçib. Hərbi xitmətdən sonra çilingər peşəsi ilə əmək faliyyətimi davam etdirib. 

“Azərbaycan Dəmir Yolları”nın (ADY) Haxçıvan hissəsi rəhbərliyinin təqdimatı əsasında 1978-1984-cu illərdə Rostov Dəmir Yolları Mühəndislər İnstitunun hazırlıq kursundan sonra qəbul imtahanı verərək ibu ali məktəbə daxil olub. Əyani təhsil alıb. 

1984-1990-cı illərdə ərzində “ADY”nin Haxcıvan hissəsinin Culfa stansiyasında yerləşən Bərpa qatarında rəis müavini vəzifəsində çalışıb. Sonra dəmiryolu sistemində müxtəlif vəzifələr tutub. 

Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Daxili nəzarət idarəsinin Gəlirlərə nəzarət şöbəsinin rəis müavini vəzifəsində çalışır. 

Sədaqət Fərəcov 15 noyabr 2011-ci ildə “Fəxri dəmiryolçu” nişanı, 140 illik yubley medalı, 2022-ci ildən “Əmək veteranı” adına layiq görülüb. 

O, özünü xoşbəxt dəmiryolçu sayır. Deyir ki, ikinci dəfə dünyaya gəlsə, yenə bu peşəni seçər. Dəmiryolçu peşəsi ona Ulu öndər Heydər Əliyevlə təmasda olmaq şansı verib.

Sədaqət müəllim həmin hadisəni belə xatırlayır: 

- 1992-ci il idi, Azərbaycan-Ermənistan münaqişəsi müharibəyə çevrildiyi üçün Bakı-Noraşen qatarının hərəkətində tez-tez fasilələr yaranırdı. Ermənilər Mehridə qatarın qarşısını kəsir, onun Naxçıvana girişinə mane olurdular. Dəfələrlə qatara hücum etmiş, vaqonların şüşələrini sındırmış, sərnişinlərə fiziki və mənəvi təzyiq göstərmişdilər. 

Bir gün yenə qatarın hərəkətini “tormoz”lamışdılar, sərnişinlə dolu qatar Cəbrayıl rayonunun Soltanlı kəndindəki stansiyada dayanmışdı. Həmin vaxt mən Soltanlı stansiyasında növbətçi işləyirdim. Ciddi nigarançılıq içərisində sərnişinlərin taleyinin necə olacağını gözləyirdim. Birdən iş otağındakı telefon zəng çaldı. Zəng edən “Azərbaycan Dəmir Yolları”nın Naxçıvan hissəsinin mühəndisi idi. Əvvəl vəziyyətlə maraqlandı, sonra dedi ki, heç yerə tərpənmə, gözlə, indi Heydər Əliyev zəng edəcək. 

Bu sözləri eşidəndə həyəcanlandım, sevincdən dilim topuq vurdu, əllərim əsməyə başladı. Heydər Əliyev Naxçıvana yeni qayıtsa da, onun adı Azərbaycan xalqına yaxşı tanış idi. O, uzun illər ölkəmizə rəhbərlik etmiş, sonra isə Moskvada Azərbaycanı layiqincə təmsil etmişdi. Hər bir azərbaycanlının qəlbində Heydər Əliyevə açıq və gizli sevgi yatırdı. Bəli, mən belə böyük bir şəxsiyyətlə danışacaq, onun səsini eşidəcəkdim...

Aradan çox keçmədən telefon zəng çaldı. Zəng edən Ulu öndər Heydər Əliyev idi. O, məndən vəziyyəti soruşdu. Heydər Əliyevi baş vermiş hadisə ilə bağlı ətraflı məlumatlandırdım. Məndən qatardakı sərnişinlərin istirahət etməsi üçün şərait olub-olmadığını soruşdu. Dedim ki, sərnişinlərin hamısını su ilə təmin etmişik. Burada hər hansı iaşə obyekti yoxdur, amma kənd camatı sərnişinlərə yeməklə yardım göstərirlər.

Heydər Əliyev panika yaratmamağı, yolun qısa müddət ərzində bərpa ediləcəyini sərnişinlərə çatdırmağı mənə tapşırdı və əlavə olaraq bir-iki sual da verib dəstəyi asdı. 

Bir müddətdən sonra yollar açıldı və Bakı-Noreşen qatarı hərəkəti davam etdirdi. Sonra bildim ki, Ulu öndər mənimlə danışıb vəziyyəti hərtərəfli öyrənəndən sonra Ermənistan Dəmiryolu Nazirliyi ilə əlaqə saxlayıb. Onun apardığı danışıqlar nəticəsiz qalmadığı üçün yol açılmış və Naxçıvandan olan sərnişinlər təhlükəsiz öz evlərinə catdırılmışdı. 

Bu hadisənin üstündən 30 ildən çox zaman keçməsinə baxmayaraq, Ulu öndərin qayğıkeş səsi hələ də qulaqlarımda səslənir. 

Ulu öndərin sərnişinlərin təhlükəsizliyi ilə birbaşa maraqlanmasını, apardığı daxili və xarici siyasətini dəstəklədiyim üçün 22.02.2002-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvü olmuşam. Hal-hazırda da Ulu öndərin davamçısı olan cənab Prezidentimizin daxili və xarici siyasətini dəstəkləyirəm. İki böyük liderin - Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yaşadığım və işlədiyim üçün özümü xoşbəxt sayıram. Bundan sonra da bütün bilik və bacarığımı gənc dəmiryolçuların yetişməsi və püxtələşməsi istiqamətində sərf edəcəm.

Sədaqət Fərəcov deyir ki, Heydər Əliyev tərəfindən Azərbaycanda nəqliyyat və yol tikintisi sahəsində həyata keçirilmiş quruculuq işləri bu gün müasir Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. 

“Xalqımız bu günlərdə Ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyini böyük qürur hissi və təntənə ilə qeyd etdi. Ulu öndərə xalqın sevgisi nəhayətsizdir”, -deyə müsahibimiz Heydər Əliyevlə bağlı xatirəsini yekunlaşdırıb. 

Bəli, vaxtilə Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələlərinə qədəm qoyub. Dəmir yolunda yeni kadrlar, mütəxəssislər yetişir…

Dəmiryolçular həmişə Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdiriblər. Müsahibimiz Sədaqət Fərəcov kimi…

Seymur VAQİFOĞLU 

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!