Xalq artisti Ənvər Həsənov 2008-ci ilin yanvarın 8-də dünyasını dəyişən arvadı, aktrisa Möminat Qurbanova ilə düşdüyü dəhşətli qəzadan söz açıb.
Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu barədə 73 yaşlı aktyor "O öz" verilişində danışıb.
Ə.Həsənov hadisəni belə nəql edib: Toyuqlu pizza
"2008-ci ilin yanvarında olmayan kimi bəlalı qış keçdi. Möminat tüfəngi çox sevdiyindən özümlə onu aparmağa qərar verdim. Axı o, "Həcər" idi... Dedi ki, mən də sizinlə getmək istəyirəm.
Yolda qabağıma yekə çoban iti çıxdı. Mən də dərhal əyləcə basdım və avtomobil fırlanmağa başladı. Öndə də "VAZ 2106" avtomobil gedirdi. Maşını iki ağacın arasına saldım. Başım partladı, Möminatın da gicgahına zərbə dəydi və bununla da o dünyasını dəyişdi".
Aktyor bildirib ki, aktrisa xanımı ona ondan əvvəl dünyasını dəyişəcəyini söyləyibmiş:
"Möminat son sözünü mənə evdə demişdi: "Özündən muğayat ol və tək qalma. Sən tək qalan insan deyilsən, mütləq yanında gərək xanım olsun ki, sənə qulluq etsin. Mən sənə buna icazə verirəm. Bu bərəkət gözümə dəysin. Dedim ki, ay qız, nə danışırsan? Mənim şəxsiyyət vəsiqəmdə sənin adın yazılıb. Mən səndən sonra kimləsə ailə quraram?!
Mənə deyirdi ki, sən ölsən, səni dəfn edə, məzarını düzəldə, yas mərasimini verə bilməyəcəyəm. Səndən əvvəl dünyamı dəyişəcəyəm".
Telegram kanalımız