“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

saytların hazırlanması

Evə çatdırılma

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

Sosial

10 Sentyabr 2025 16:29 316


Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “DeFacto” markasına məxsus mağazaların bağlandığı iddia edilir.

Yenisabah.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.

İddia olunur ki, hələ bir müddət öncə şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.  Dördpendirli pizza

Məlumat üçün bildirək ki, internet resurslarında “DeFacto”nun Azərbaycandakı rəsmi distribyutoru kimi “BrandMart” QSC göstərilib. “DeFacto”nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.   

Sayt iddiaları dəqiqləşdirmək üçün "DeFacto"nun Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsa da, internetdə qeyd edilən nömrələr işləməyib.

"DeFacto"nun Türkiyədə yerləşən baş ofisinə də müraciət edilib. Lakin sorğunu cavablandırmaqdan imtina ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!