Dəfn mərasimində bədbəxt hadisə: 22 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Dəfn mərasimində bədbəxt hadisə: 22 nəfər öldü

Hadisə

03 Yanvar 2021 19:21 718


Hindiustanın Uttar Pradeş ştatının Muradnaqar şəhərində dəfn mərasiminə gəlmiş iyirmi iki nəfər krematoriyanın damının uçması nəticəsində həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Qeyd edilir ki, dağıntıların altında onlarla insan qalıb, xilasedici əməliyyat zamanı 38 insanı uçqunların altından çıxarmaq mümkün olub. Dördpendirli pizza

Yerli polislər, təbii fəlakətlərlə əlaqədar milli qüvvələrin əməkdaşları və yanğınsöndürənlər uçqunların altında insanların qala biləcəyini güman edərək dağıntıları sökməyə davam edirlər.

Zərərçəkənlər yerli dövlət xəstəxanasına çatdırılıb və onlara yardım göstərilib. Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!