Dəfn mərasimində koronavirus yayıldı, rayon rəhbəri işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Dəfn mərasimində koronavirus yayıldı, rayon rəhbəri işdən çıxarıldı

Dünya

21 May 2020 22:25 1308


Yas məclisində 155 nəfərin koronavirusa yoluxması rayon rəhbərinin istefası ilə nəticələnib.

Yenisabah.az xəbər verir ki, hadisə Adıgey Respublikasının Krasnoqvardeysk rayonunda qeydə alınıb.

Belə ki, mayın 1-də rayonun aullarından birində “çox hörmətli şəxs”in dəfn mərasimi keçirilib. Yas məclisində 500 nəfər iştirak edib. Onlar arasında nəinki sosial məsafə qorunmayıb, maska və əlcəkdən belə istifadə edilməyib. pizza

Tədbirdən bir neçə gün sonra bir nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin mayın 20-də rayonda daha 155 sakininin COVID-19-a yoluxduğu aşkarlanıb.

Koronavirusun ocağını lokallaşdırmaq üçün rayonda yaşayış məntəqələri arasında gediş-gəliş yasaqlanıb, ictimai yerlər dezinfeksiya edilib, maska-əlcək rejiminə keçilib.

Ancaq bütün bunlar rayon rəhbəri Albert Osmanovun istefasının qarşısını ala bilməyib. Onun vəzifəsindən azad edilməsi məsələsinə rayon Xalq Deputatları Şurasının növbədənkənar iclasında baxılıb.   /Big.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!