Dəfn üçün icazə SMS-lə verilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Dəfn üçün icazə SMS-lə verilməyəcək

Sosial

20 İyun 2020 11:40 1336


“Yaxın qohumların dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin "102" xidmətindən icazə alınmalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Vətəndaşlar xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində dəfn mərasimlərində DİN-in 102 Zəng Xidmətindən icazə aldıqdan sonra iştirak edə biləcək”, -  deyə Ü.Mehdiyev qeyd edib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!