“Defolt o halda baş tutur ki, borclu öz borcunu ödəyə bilmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Sabit Bağırov deyib.
O, Bayden administrasiyasının Rusiyanın defolt olduğu barədəki açıqlamarına münasibət bildirib: Dördpendirli pizza
“Rusiya dövlətinin xarici borcları hökumətin borclarıdır, eyni zamanda, müxtəlif Rusiya şirkətlərinin də borcları var ki, onlar da buraya aiddir. Yəni bütün Rusiya rezidentlərinin borcu prinsipcə, xarici borca daxildir.
Əgər ölkə bu borcları, xüsusilə, hökumət borcunu ödəyə bilmirsə, o zaman defolt elan olunmasında hökumətin özü maraqlı olur. Çünki bu zaman o, restrukdizasiya şansı qazanır.
Defolt özlüyündə yaxşı hal deyil, çünki investoru qorxudur. Ümumiyyətlə, inflyasiyaya təkan verir.
ABŞ mütəxəssisləri də deyirdilər ki, əgər növbəti ayda Rusiya borclarını ödəyə bilməsə, bu zaman Rusiyada defolt olacaq. İş orasıdır ki, növbəti ay üçün ikinci ödənişin vaxtı hələ çatmayıb”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız