“Dəhlizin istifadəyə verilməsi Azərbaycanın strateji mövqeyini gücləndirəcək” -   İqtisadçı deputat

saytların hazırlanması

Evə çatdırılma

“Dəhlizin istifadəyə verilməsi Azərbaycanın strateji mövqeyini gücləndirəcək” - İqtisadçı deputat

İqtisadiyyat

01 Dekabr 2020 18:01 1397


"Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru dəhlizin formalaşması hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Dəhlizin istifadəyə verilməsi ölkəmizin regional mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq".

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan bu gün bir sıra emaledici məhsulların istehsalı ilə məşğuldur: Sezar pizza

"Naxçıvanda istehsal edilən məhsullar, o cümlədən mineral sular, alkoqollu işçilər və digər emaledici ərzaq məhsullarının kifayət qədər böyük bazarı var. Uzun müddət quru, dəmir yolu nəqliyyatından istifadə imkanlarının olmaması Naxçıvanda istehsal edilən məhsulların bazarlara çıxarılmasında çətinliklər yaradırdı. Azərbaycanla Naxçıvan arasında dəhlizin istifadəyə verilməsi Naxçıvan sahibkarlarına istehsal etdikləri məhsulları daha geniş bazarlara çıxarmağa imkan verəcək. Bu, Naxçıvanın iqtisadi inkişafı və sahibkarlığın inkişafı baxımından çox vacibdir. Eyni zamanda, bu, Azərbaycan sahibkarları üçün yeni alternativ yollardan istifadə edərək nəqliyyat və logistika xərclərinə qənaət etməklə məhsullarını Naxçıvan, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması deməkdir. Bununla da həm ölkəmizin qeyri-neft sektorunda istehsal edilən məhsulların Türkiyə və Avropa bazarlarına çıxarılması imkanları genişlənəcək, həm də Azərbaycanın qeyri-neft ixracı artacaq".

V.Bayramov deyib ki, dəhlizin “Şimal-Cənub” nəqliyyat dəhlizinə inteqrasiya imkanları da mövcuddur:

"Bu da təbii ki, Azərbaycan və Naxçıvan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artması deməkdir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına imkan yaradacaq. Bütövlükdə, dəhlizin istifadəyə verilməsi Azərbaycanın logistik və nəqliyyat hab olaraq regional mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq. Nəticədə qeyri-neft ixracında, eləcə də valyuta gəlirlərində artımlar olacaq, Azərbaycanın strateji mövqeyi güclənəcək”. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!