Hindistanın Uttar Pradeş əyalətində 6 yaşlı qız cadugər, onun qohumu və dostu tərəfindən cinsi istismara məruz qalıb.
Yenisabah.az xəbər verir ki, təcavüzkarlar azyaşlının ciyərini cadu üçün istifadə etmək məqsədilə çıxararaq onu ölümə məhkum ediblər.
Polislər tərəfindən nəzarətə götürülən cadugər Parşuman uşağı olmayan bir qadının uşağı olsun deyə cadu edəcəklərini, bu səbəblə azyaşlının ciyərini çıxardıqlarını bildirib. O, qadının həmin ciyəri yedikdən sonra uşaq sahibi ola biləcəyini vurğulayıb. Sezar pizza
Qeyd edək ki, hər üç şəxs polis tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız