Azyaşlı oğlunun qida çatışmazlığından ölümünə səbəb olduğu üçün qətldə təqsirli bilinən vegan qadın ömürlük həbs cəzasına məhkum edilib.
Yenisabah.az xəbər verir ki, 38 yaşlı vegan ana Şeyla O'Liri oğlu Ezra O'Lirini meyvə, tərəvəz və ana südü ilə qidalandırdığı üçün mühakimə olunurdu.
Məhkəmə Şeylanı birinci dərəcəli qətldə təqsirli bildikdən sonra o, ömürlük həbs cəzasına məhkum edilib. Dördpendirli pizza
O'Liriyə qarşı birinci dərəcəli adam öldürmə, həmçinin uşaqlara qarşı kobud zorakılıq və qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
Onun əri, hazırda həbsdə olan və mühakimə olunan Rayan Patrik O'Lirinin də eyni ittihamla mühakimə olunacağı gözlənilir.
Polisin məlumatına görə, 18 aylıq oğlanın çəkisi 8 kiloqram olub və 2019-cu ilin sentyabrında ölən zaman 7 aylıq körpə ilə eyni çəkidə olub.
ABŞ qanunlarına görə, O'Lirinin 3 və 5 yaşlarında daha iki az qidalanan uşağı var.
Telegram kanalımız