Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib. “Yeni Sabah” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. pizza mizza
Telegram kanalımız