Dəhşət: Bələdiyyə sədrini oğurlayıb öldürdülər

saytların hazırlanması

Evə çatdırılma

Dəhşət: Bələdiyyə sədrini oğurlayıb öldürdülər

Kriminal

12 Noyabr 2020 10:23 1189


Meksikanın Verakruz əyalətinin Jamapa şəhərində bələdiyyə sədri qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, Florisel Rios adlı qadın bu həftə silahlı şəxslər tərəfindən qaçırılıb. Riosu xilas etmək üçün əməliyyat başladan polis isə onun cansız bədənini tapıb. Əyalət valisi cinayətlə bağlı açıqlama verərək bunun cəzasız qalmayacağını vurğulayıb:

“Cinayətkarların tapılması üçün prokurorluqdan istintaqın sürətləndirilməsini tələb etdik. Bunun cəzasız qalmaması üçün araşdırma detallı şəkildə aparılacaq”. Marqarita pizza

Qeyd edək ki, Meksikada 2006-cı ildən bəri 60-dan çox bələdiyyə sədri mütəşəkkil cinayətkarlar tərəfindən öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!