Dəhşət: Bu ölkədə koronavirusdan ölənləri motosikletlə daşıyırlar

saytların hazırlanması

Evə çatdırılma

Dəhşət: Bu ölkədə koronavirusdan ölənləri motosikletlə daşıyırlar

Dünya

29 Aprel 2021 10:27 816


Koronavirus epidemiyasının yeni episentri olan və 200 mindən çox insanın öldüyü Hindistandan gələn görüntülər xaosun ağırlığını açıq şəkildə ortaya qoyur.

Yenisabah.az xəbər verir ki, artıq ölkədə xəstəxanalarda boş yer yoxdur, həmçinin ölüləri daşıyan təcili yardım maşını da tapılmır. Belə ki, koronavirusa yoluxan və xəstəxanaya gələndə lazımi tibbi yardımı ala bilmədiyi üçün ölən qadının cansız bədəni oğlu ilə kürəkəni arasına qoyularaq motosikletlə aparılıb. Bu anlar Amerika Alimlər Federasiyasında çalışan epidemioloq Erik Feyl-Dinq tərəfindən tvitterdə paylaşılıb.

Digər tərəfdən ABŞ Dövlət Departamentinin qlobal Covid-19 koordinatoru Qeyl Smit Hindistanın virusla müharibəsinin yeni başladığını söyləyib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!