Dəhşət: Ölmüş köpək balığının mədəsindən 32 yaşlı kişinin cəsədi çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Dəhşət: Ölmüş köpək balığının mədəsindən 32 yaşlı kişinin cəsədi çıxdı

Maraqlı

01 Mart 2023 10:59 760


Üç uşaq atası olan 32 yaşlı Dieqo Barria sonuncu dəfə fevralın 18-də Argentinanın cənubundakı Çubut əyalətinin sahillərində velosiped sürərkən görünüb. Bundan sonra Dieqonu görən olmayıb. 

Yenisabah.az xarici mətbuata istinadla xəbər verir ki, 32 yaşlı argentinalının axtarışı dəhşətli hadisənin üstünü açıb. 

Bazar günü səhər tezdən iki balıqçı yerli sahil mühafizəsinə bildirib ki, onlar Barrianın itkin düşmüş velosipedinin tapıldığı yerin yaxınlığında bir neçə köpəkbalığı tutublar. pizza

Axtarışa rəhbərlik edən hüquq-mühafizə orqanının əməkdaşı Daniela Millatruz yerli jurnalistlərə deyib ki, balıqçılar köpək balıqlarını təmizləyərkən, onlardan birinin mədəsində insan qalıqları aşkar ediblər. Onun Barria olduğu həyat yoldaşı Virciniya Brugger tərəfindən müəyyən edilib. Qadın köpək balıqları tərəfindən parçalanmış ərini vücudundakı döymə sayəsində tanıya bilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları Dieqo Barrianın keçirdiyi qəza nəticəsində köpək balıqlarına yem olduğunu ehtimal edirlər. 

Həcər Əmiraslanlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!