DƏHŞƏT! Xaçmazda qətlə yetirilən qadının FOTOSU yayıldı

saytların hazırlanması

Evə çatdırılma

DƏHŞƏT! Xaçmazda qətlə yetirilən qadının FOTOSU yayıldı

Kriminal

30 İyul 2021 18:48 2263


Xəbər verdiyimiz kimi, iyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!