Dəhşətli ailə faciəsi: Ər arvadını və 3 övladını qətlə yetirib, sonra...

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli ailə faciəsi: Ər arvadını və 3 övladını qətlə yetirib, sonra...

Dünya

03 Mart 2025 17:00 407


İstanbulun Avcılar rayonunda dəhşətli ailə faciəsi baş verib. Bir kişi həyat yoldaşı və üç övladını odlu silahla qətlə yetirdikdən sonra özünə qəsd edib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun bir mənzilində baş verib. Qonşuların bildirdiyinə görə, silah səsləri eşidildikdən sonra dərhal polis və təcili tibbi yardım çağırılıb. Hadisə yerinə çoxlu sayda polis qrupu və səhiyyə əməkdaşları cəlb edilib.

Mənzildə aparılan ilkin araşdırmalar zamanı 5 nəfərin həyatını itirdiyi müəyyən edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlkin versiyaya görə, ailədaxili münaqişə faciəyə səbəb olub. pizza

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminal ekspertlər araşdırmalar aparır. Ölən şəxslərin kimliyi və cinayətin təfərrüatları ilə bağlı rəsmi açıqlama gözlənilir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!