Dəhşətli körpü faciəsi: 3 fəhlə öldü,  5-i yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli körpü faciəsi: 3 fəhlə öldü, 5-i yaralandı

Dünya

25 Fevral 2025 12:50 292


Cənubi Koreyada ağır qəza baş verib. İnşası davam edən avtomobil yolunun körpüsü çökərək faciəyə səbəb olub.

Yenisabah.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 09:50 radələrində, Seul şəhərinin təxminən 80 kilometr cənubunda, Çonan şəhəri yaxınlığında baş verib.

Seul-Seconq avtomobil yolu üzərində tikilməkdə olan körpünün 50 metr hündürlüyündəki 5 dayaq tiri aşıb və nəticədə körpü çöküb. Bu zaman inşaat sahəsində çalışan 8 fəhlə dağıntılar altında qalıb. Dominos pizza

Hadisə yerinə dərhal çox sayda xilasedici və tibb heyəti cəlb edilib. İlkin araşdırmalara əsasən, 3 fəhlənin həlak olduğu, 5-nin isə yaralandığı müəyyən edilib. Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün istintaq başladılıb.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!