Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Ağcabədi şəhər ərazisində qeydə alınıb.
"VAZ 2106" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşın zərbənin təsirindən yol kənarında dayanan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb. "Opel" markalı avtomobilin sürücüsü, Saməddin adlı şəxs isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız