Dəhşətli qəzada Aytənin günahı olub? - Özü danışdı

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli qəzada Aytənin günahı olub? - Özü danışdı

Hadisə

29 Aprel 2024 10:58 3338


Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin  aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var. Aparıcı qəza keçirdiyi ilk günlərlə müqayisəyədə indi özünü daha yaxşı hiss edir. 

Bu barədə Yenisabah.az-a ANS-in sabiq əməkdaşlarından biri məlumat verib. Keçmiş iş yoldaşı Aytən Səfərovanı tez-tez ziyarət etdiyini bildirib.

“İndi daha yaxşıdır, qabırğalarındakı ağrıları nəzərə almasaq, səhhətində heç bir fəsad qalmayıb. Yəqin ki, yaxın 1 həftə, 10 gün ərzində evə buraxılacaq”. pizza

O, Aytən Səfərovanın məlum AYxan Əliyev adlı gəncin həyatını itirməsinə görə, dərin sarsıntı keçirdiyini bildirib. 

Aparıcı baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığının istintaq nəticəsində aydınlaşacağına əmindir. 

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!