Dəhşətli qəzada maşın ikiyə bölündü - Toylarına bir gün qalmış öldülər   - Video

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli qəzada maşın ikiyə bölündü - Toylarına bir gün qalmış öldülər - Video

Hadisə

27 May 2023 14:24 1269


Türkiyədə yol qəzasında 2 nəfər həlak olub. 

Yenisabah.az xəbər verir ki, hadisə Tekirdağın Saray qəsəbəsində baş verib. Məlumata görə, Nurəddin Ağgülün idarə etdiyi “Fiat” markalı avtomobillə yük maşını toqquşub. Zərbənin təsirindən minik maşını iki yerə bölünüb. 

Araşdırmalarla minik maşınının salonundan iki nəfərin, 24 yaşlı Burhan Çetin və nişanlısı 22 yaşlı Kardelen Coşkuntunanın meyitləri tapılıb. Məlum olub ki, cütlük alış-veriş üçün getdikləri İstanbuldan qayıdırlarmış. Onların bir gün sonra nikah mərasimi baş tutmalı imiş.  Dördpendirli pizza

Hadisə zamanı xəsarət alan 2 sürücü isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.(Lent.az) 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!