Ələt qəsəbəsi ərazisində yol qəzası zamanı ata ölüb, 4 övladı ağır xəsarət alıb.
“Yeni Sabah” APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax şossesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində baş verib.
Belə ki, İmamqulu Vəliyev idarəetməsində olan minik avtomobilini maneəyə çırparaq aşırıb. Toyuqlu pizza
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobilin sərnişinləri Vəliyev Ayxan İmamqulu oğlu, Vəliyev Yusif İmamqulu oğlu, Vəliyev Ömər İmamqulu oğlu və Vəliyeva Aysel İmamqulu qızı müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlar sürücünün övladlarıdır.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Telegram kanalımız