Dəhşətli təyyarə qəzası - Sağ qalan yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli təyyarə qəzası - Sağ qalan yoxdur

Hadisə

12 Yanvar 2025 08:58 16816


Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü və səkkiz sərnişin həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Antiokiya departamentinin Karlos Rios Puerta administrasiyasının rəsmisi məlumat verib.

“Təəssüf ki, sağ qalan yoxdur. Onlarla xilasedici hadisə yerindədir. Biz cəsədləri axtarırıq və onların şəxsiyyətini müəyyənləşdirmək üçün polislə koordinasiya edirik”, - Puerta bildirib. pizza mizza

Puerta bildirib ki, təyyarənin istifadəsinə mane olan əlverişsiz hava şəraiti xilasetmə işlərini çətinləşdirib. Bununla belə, Kolumbiyanın Mülki Aviasiya İdarəsi artıq qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!