Dəhşətli zəlzələnin şahidləri danışır: “Sanki qiyamət idi”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli zəlzələnin şahidləri danışır: “Sanki qiyamət idi” - Video

Maraqlı

10 Fevral 2023 17:47 802


Azərbaycanlıların Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam etdirilir. Bu gün daha 20 nəfər ölkəmizə gətirilib. 

Minlərlə insanın ölümünə səbəb olan zəlzələnin təsirindən çıxa bilməyən soydaşlarımız təəssüratlarını Modern.az-la bölüşüblər.

Ülvi Hacıyev bildirib ki, Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində həyat alt-üst olub: pizza mizza

“Zəlzələ zamanı evdə idik. İlk təkanda evi tərk elədik. Yenidən zəlzələ olacağını gözləmirdik, amma ikinci təkanda hər şey çökdü, yalnız uşaqları və özümüzü qurtara bildik. Ayaqyalın, başıaçıq evdən çıxdıq”.

Kahramanmaraşdakı faciədən xilas olan Məhəmməd Məmmədov isə zəlzələ anını belə xatırlayıb:

"Zəlzələ anında evdə təkanların bitməsini gözlədim, amma zəlzələ davam etdi. Biz evdən çıxdıq. Qonşularmızdan yataq geyimində olanlar var idi, mən gödəkçəmi ona verdim, saatlarla soyuqda küçələrdə qaldıq. Donmamaq üçün taxtalar yandırıb qızınmağa çalışırdıq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!