Dələduz politoloqa hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Dələduz politoloqa hökm oxundu

Kriminal

03 Fevral 2022 14:12 845


Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sabiq sədr müavini Orxan Daşdəmirli, onun tanışı İlkin Babayevə hökm oxunub və hər iki şəxs 10 min manat cərimə edilib.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Bildirilib ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sezar pizza

İttiham aktına əsasən, O.Daşdəmirli ilə İ.Babayev bir nəfərdən Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi veriblər. Bu məqsədlə onlar vətəndaşdan 28 min manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Cinayət materialında qeyd edilib ki, hər iki şəxs həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.

Xatırladaq ki, O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!