Dələduzluq edən “rəis” yaxalandı   - Məhkəmə işi

saytların hazırlanması

Evə çatdırılma

Dələduzluq edən “rəis” yaxalandı - Məhkəmə işi

Kriminal

21 Aprel 2020 11:57 1499


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində özünü Sabirarbad rayonunda mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq- təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən Qədirov Baba Hacağa oğlunun həbs müddəti Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev tərəfindən artırılıb. 

Qeyd edək ki, Baba Qədirovun həbsi barədə DİN yanvar ayında məlumat yayıb.  Toyuqlu pizza

Belə ki, 2020-ci ilin yanvar ayında DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, hələ keçən ilin noyabrında məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edib: "Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb. Odur ki, 2019-cu il noyabrın 25-də nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra B.Qədirov qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sonra Baba Qədirovun əməllərində korrupsiya əlamətləri olduğu üçün cinayət işi baxılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!