“Delta” ştammı Cənubi Qafqazda yayıla bilər - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Delta” ştammı Cənubi Qafqazda yayıla bilər - Ekspert

Rəsmi

02 İyul 2021 08:12 1276


"Koronavirusun “Delta” variantının Cənubi Qafqaz regionunda yayılması ehtimalı yüksəkdir".

Bunu “Report”a Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib.

Ekspert “Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdırıb. pizza sifarişi

Azərbaycanın indiyədək koronavirusa yoluxma sayını azaltmaq istiqamətində çevik tədbirlər həyata keçirdiyini qeyd edən ekspert “Delta” ştammının da yayıldığını nəzərə almaqla ölkədə peyvəndləmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!