Dəm qazından boğulub ölən bacısının yasına gələn qadın ailəsi ilə qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Dəm qazından boğulub ölən bacısının yasına gələn qadın ailəsi ilə qəzaya düşdü

Hadisə

17 Fevral 2022 23:43 913


Qusarda dəm qazından zəhərlənərək ölən ailənin qohumları daha bir faciə yaşayıb.

Yenisabah.az xəbər verir ki, bacısı Əminənin ailəlikcə dəm qazından ölməsini eşidən Bakı sakini, 23 yaşlı Fidan Məhsim qızı Ələkbərova ailəsilə birgə Qusara gələrkən qəzaya düşüblər.

Nəticədə Fidan Ələkbərova, onun 34 yaşlı həyat yoldaşı Seymur Fikrət oğlu Əliyev və 1 yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər. Dominos pizza

Ailə başçısının idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı-Quba yolunun Sumqayıt şəhərinin H.Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən aşıb.

Qeyd edək ki, bu gün Qusar şəhərində zəhərlənmə hadisəsi baş verib.

İkimərtəbəli yaşayış evində baş vermiş hadisə zamanı Qusar şəhər sakinləri - 35 yaşlı Rusif Şıxəli oğlu Şıxov və 29 yaşlı həyat yoldaşı Əminə Məhsim qızı Şıxova, övladları - 9 yaşlı Osman, 10 yaşlı Sumeya və 5 yaşlı İmarə Şıxova dəm qazından boğularaq ölüblər.Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!