Dəm qazından ölən Milli Qəhrəmanın bacısı imiş

saytların hazırlanması

Evə çatdırılma

Dəm qazından ölən Milli Qəhrəmanın bacısı imiş

Hadisə

20 Dekabr 2024 17:05 484


Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, ölən qadınlar əmi qızları olublar.

Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. pizza sifarişi

1979-cu il təvəllüdlü əmisi qızı Sevil Səlimova ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazından boğularaq ölüblər.

52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!