Dəmir yığmaq üçün minalanmış ərazilərə keçdilər

saytların hazırlanması

Evə çatdırılma

Dəmir yığmaq üçün minalanmış ərazilərə keçdilər

Maraqlı

04 Mart 2022 14:15 1744


Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlərlə nəzarət postlarından kənar yollarla rayonun Həsənqaya kəndi ərazisindəki minalarla çirkləndirilmiş əraziyə dəmir tullantıları toplamaq məqsədi ilə daxil olan 4 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla onların Həsənqaya kənd sakinləri - Z.Həsənov, A.Həsənov, S.Həsənov və Y.Həsənli olduqları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib və onlardan ikisi inzibati qaydada 10 gün müddətinə həbs, digər ikisi isə cərimə ediliblər. pizza mizza

Qeyd edək ki, S.Həsənov və A.Həsənov əvvəllər də törətdikləri analoji əmələ görə inzibati qaydada məsuliyyətə cəlb olunublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!