“Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi 

saytların hazırlanması

Evə çatdırılma

“Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi 

Sosial

05 Avqust 2019 07:17 1050


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Qurumdan “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, Cəmiyyətin Sərnişin daşımaları Departamentinin əməkdaşları sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Qurban bayramı günlərində  sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. pizza

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin edilib.

Sərnişinlərin nəzərinə çatdırılıb ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!