“Azərbaycan Dəmir Yolları” QSC ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır. Hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında quraşdırılır. Dəmir yolunun hərəkət sistemində son dərəcədə böyük əhəmiyyət kəsb edən yoldəyişən qurğuların saz vəziyyətdə olması hərəkətin təhlükəsizliyinə zəmanət verən əsas amillərdən biridir”.
Bunu “Yeni Sabah”a “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkət xidməti şöbəsinin rəisi Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, 2015-ci ildən dəmir yolunda icrasına start verilən əsaslı islahatlar çərçivəsində yeni quruluşlu yoldəyişənlərin istehsalata tətbiqi də ciddi məsələ kimi qarşıya qoyulub, Bakı-Gəncə istiqamətində bu yeniləşmələr uğurla həyata keçirilib: Sezar pizza
"Avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq, dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu günə qədər 13 ədəd yoldəyişən təzələnib və hazırda Poylu stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkidə davam etdiriləcək".
Şöbə rəisi bildirib ki, yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər:
"Yol dəyişənin funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir. Yol dəyişənlər markalara bölünürlər, markaları dəyişdikcə onun texniki ölçüləri də dəyişir. Bunun üzərində hərəkət edən hərəkət vasitəsinin sürətinə də təsir etmiş olur”.
E.Məmmədov qeyd edib ki, qatar stansiyaya daxil olanda hərəkət sürətini azaltmalıdır:
“Çünki stansiyalarda hərəkət sürəti var. Mənzillərdə hərəkət sürəti ilə stansiyalarda olan hərəkət sürəti fərqlidir. Ona görə, mənzillər iki yollu və düz sahə kimi olur. Orada buraxıla bilən sürətə qədər qatar sürət yığa bilir. Yəqin ki, saatda 100 km-ə qədər yığa bilir. Amma qatar stansiyaya yaxınlaşdıqda, stansiyanın içində və ya yolun üzərində tikili qurğular var. Burada artıq qatar sürətini azaltmaq məcburiyyətində qalır. Əgər istismara yararsız yoldəyişəndirsə, yol dəyişənin üç zonası, hissələri var. Əgər hissələrin hansısa birində çatışmazlıq olarsa, həmin yoldəyişənin üzərindən buraxılan hərəkət tərkibinin sürəti məhdudlaşdırılır”.
Qeyd edək ki, yoldəyişənlər ölkəyə sifarişlə Qazaxıstan və Rusiyadan gətirilir.
Telegram kanalımız