Dəmir yolu ilə dəyəri 1 milyard dollardan çox yük daşınıb

saytların hazırlanması

Evə çatdırılma

Dəmir yolu ilə dəyəri 1 milyard dollardan çox yük daşınıb

İqtisadiyyat

17 İyun 2019 09:56 1364


Cari ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 milyon 779 min 75 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 271 milyon 754 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, beş ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 888 min 600 ton yükün dəyəri 315 milyon 416 min dollar təşkil edib.

Hesabat dövründə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 890 min 475 ton, dəyəri isə 956 milyon 337 min dollar olub. pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!