Dəmir yolunda gedişhaqqı artıb?

saytların hazırlanması

Evə çatdırılma

Dəmir yolunda gedişhaqqı artıb?

Sosial

27 Avqust 2025 14:49 436


"Hazırda qatarlarında əks istiqamətdə əyləşən sərnişinlər üçün ümumi qiymətə nisbətən 5 faiz endirim tətbiq olunur".

Bunu "Yeni Sabah"a "Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib: "Ötən ilin noyabr ayından ADY dinamik qiymət siyasətinə keçib. Dinamik qiymət dedikdə isə həm artma, həm azalma, həm də endirimli qiymətlər nəzərdə tutulur. Buna əsasən, əks istiqamətdə əyləşən sərnişinlər üçün ümumi qiymətə nisbətən 5 faiz endirim tətbiq olunur. Bu barədə dəfələrlə açıqlamalar da vermişik. Hazırda dəyişən bir şey yoxdur". Marqarita pizza

Qeyd edək ki, sosial mediada "Azərbaycan Dəmir Yolları"nda sərnişindaşımanın qiymətinin artması ilə bağlı məlumatlar yayılıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!