Dəmir yolunu keçən piyadanı drezin vuraraq öldürüb

saytların hazırlanması

Evə çatdırılma

Dəmir yolunu keçən piyadanı drezin vuraraq öldürüb

Hadisə

30 Noyabr 2023 12:45 740


Bu gün saat 09:20 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. 

Yenisabah.az bu barədə ADY-yə istinadən xəbər verir. 

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.  Dominos pizza

"ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - deyə məlumatda qeyd olunub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!