“Dəmir yumruq” sənədli filminin təqdimatı keçirildi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

 “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirildi - Fotolar

Hadisə

23 Aprel 2021 10:46 629


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuz parlaq qələbələrlə xalqımıza sevinc, düşmənə rüsvayçı məğlubiyyətin acı taleyini yaşadıb. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazıb. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya nümayiş etdirib. Ölkəmizdə yaşayan bütün milli azlıq nümayəndələri milli vəhdət halında Vətən Müharibəsində qəhrəmanlıq nümunələri, döyüşlərdə böyük sücaət və igidlik göstəriblər.

Yenisabah.az xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Nərimanov Rayon İcra Hakimiyyətində Real TV-nin təşkilatçılığı ilə ərsəyə gələn, Vətən Müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi simvolu kimi dəyərləndirilən, azərbaycanlılarla yanaşı, müharibədə iştirak edən, Azərbaycanı özünə Ana Vətən seçmiş fərqli dinlərin və millətlərin nümayəndələrinin ülvi Vətən sevgisindən bəhs edən  “Dəmir yumruq”  adlı sənədli filminin təqdimatı olub. 

Filmin nümayişindən əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinn başçısı Abdin Fərzəliyev çıxış edərək tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən, xalqımıza Şanlı Qələbə sevincini və qürurunu yaşadan bütün müharibə iştirakçılarına təşəkkürünü bildirib, qəhrəman oğullarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırıb. A.Fərzəliyev çıxışında hər zaman şəhid ailələrinin və qazilərin yanlarında olduqlarını, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulacağını, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd edib. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Azad Hümbətovun atası Arif Hümbətov şəhid ailələri və müharibə iştirakçıları adından çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. pizza hut

Sonra  “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilib. Çox maraqlı və təsirli olan, Zəfər ruhlu bu filmi Nərimanov rayon rəhbərliyi ilə birlikdə tədbirdə iştirak edən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon idarələrinin rəhbərləri, eləcə də könüllülər izləyiblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!