Demiral Mxitaryanla şəklini paylaşdı: Müzakirələrə səbəb oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Demiral Mxitaryanla şəklini paylaşdı: Müzakirələrə səbəb oldu - Foto

İdman

07 Fevral 2021 19:02 1003


"Yuventus" klubunun türk futbolçusu Merih Demiral etdiyi paylaşımla diqqətləri çəkib.

Yenisabah.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi dünən, A Seriyanın 21-ci turu çərçivəsində "Roma"nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra rəqib komandanın erməni futbolçusu Henrix Mxitaryanla təkbətək mübarizə zamanı çəkilən fotosunu paylaşıb.

"İnstagram" hesabının hekayə bölməsində paylaşılan fotonun üzərinə güc nümayişi olan "stiker"ləri yerləşdirən Demiralın bununla nəyə işarə etdiyi barədə maraqlı şərhlər yazılıb. Sezar pizza

Belə ki, azərbaycanlı izləyicilərin əksəriyyəti bunu 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan-Türkiyə qardaşlığına və düşmənə əzici zərbə endirmək mənasında "yozublar".

Bir sıra izləyicilər isə Merihi bu paylaşımına görə qınaq obyektinə çeviriblər.

tee3

/Offsideplus.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!