Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazisinə keçir

saytların hazırlanması

Evə çatdırılma

Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazisinə keçir

Hadisə

16 Fevral 2021 14:14 1077


Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Yenisabah.az-ın məlumatına görə, iclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Müzakirələrdən sonra sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub. (Trend) Dominos pizza

Qeyd edək ki, qanun layihələrinə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!