Dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlandı - Foto

Kriminal

03 İyun 2020 11:51 768


Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkar edilib. 

Yenisabah.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi, Post Patrul Xidməti və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Rəşid İsmayılov küçəsi 11-də adsız, Novxanı qəsəbəsində “Liman” kafesinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə, 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Sezar pizza

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahiblərindən Elmir Xanlarov 1500 manat, digərləri 100 manat cərimə olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!