Dəniz “qaynayır”:   Suyun temperaturu 30 dərəcəyə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Dəniz “qaynayır”: Suyun temperaturu 30 dərəcəyə çatdı

Dünya

17 İyul 2025 12:33 444


Türkiyənin məşhur turizm bölgəsi olan Antalyada havaların normadan artıq istiləşməsi ilə dəniz suyu temperaturu 30 dərəcəyə yüksəlib.

Yenisabah.az xəbər verir ki, meteoroloji şəraitin qeyri-adi isti keçməsi yerli əhali ilə yanaşı, xarici turistlərin də diqqətini çəkib. İyulun ortasında müşahidə olunan bu göstərici son illərin ən yüksək dəniz suyu temperaturu kimi dəyərləndirilir.

Meteoroloqlar bildirirlər ki, günorta saatlarında havanın temperaturu 36 dərəcəyə, dəniz suyunun temperaturu isə 30 dərəcəyə çatıb. Belə şəraitdə Antalyanın Konyaaltı, Lara və digər sahilləri çimərliyə gələn insanlarla dolub. Dominos pizza

Ərazidə olan yerli sakinlər və turistlər havanın isti keçməsindən maksimum yararlanmağa çalışır. Bəziləri günəş vannası qəbul edir, bəziləri isə dənizə girərək sərinləməyə üstünlük verir.

Qeyd edək ki, bu qədər isti dəniz suyu həm turizm baxımından maraqlı görünsə də, bəzi mütəxəssislər ekoloji tarazlığa təsir edə biləcəyindən ehtiyat edirlər.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!