Dəniz quldurları rusların gəmisini ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Dəniz quldurları rusların gəmisini ələ keçirdi

Maraqlı

23 Aprel 2023 19:39 969


Qırmızı dənizdə 3 Rusiya vətəndaşının olduğu gəmi yoxa çıxıb. 

Yenisabah.az yerli KİV-ə istinadən xəbər ki, gəmidə bir dənizçi, onun həyat yoldaşı və kapitan olub.

Kapitanın həyat yoldaşı Nadejda Rasina "Zvezda" telekanalına bildirib ki, ekipajın bütün üzvləri dəniz quldurları tərəfindən əsir götürülüb. O qeyd edib ki, bu məlumatı Səudiyyə Ərəbistanının sahil mühafizəsindən əldə edib. Dominos pizza

Əyləncə məqsədilə ilə istifadə edilən gəmi aprelin 17-də Səudiyyə Ərəbistanından yola düşüb, 19-da Cibutiyə gəlməli idi. Lakin onlar son mənzilə çatmayıb. Kapitanın həyat yoldaşının sözlərinə görə, itkin düşənlərin axtarışı üçün heç bir tədbir görülməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!