Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi:   Azərbaycanlı mühəndis öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü

Hadisə

23 Yanvar 2021 23:46 932


Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən gəminin 19 nəfərlik heyəti olub. Onların arasında azərbaycanlı mühəndisin olduğu bildirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

İlkin məlumatlara görə, “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb. pizza

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.

Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!