Dənizdə çimməklə bağlı həkimlərdən XƏBƏRDARLIQ - Bu şəxslər...

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə çimməklə bağlı həkimlərdən XƏBƏRDARLIQ - Bu şəxslər...

Sosial

27 İyul 2025 10:51 430


Yay aylarında çimərliklər insanlarla dolub-daşır. Dəniz havası, günəş vannası və sərin sularda üzmək həm fiziki, həm də psixoloji cəhətdən çox faydalıdır.

Yenisabah.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, lakin həkimlər bəzi şəxslər üçün dənizdə çimməyin ciddi sağlamlıq riski daşıdığını bildirir.

Həkim-terapevtlər xəbərdarlıq edir ki, aşağıdakı qruplara aid insanlar dənizdə çimməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər: Dominos pizza

Ürək və qan-damar xəstəlikləri olanlar: Suyun temperatur dəyişikliyi infarkt və ya təzyiqin qəfil artmasına səbəb ola bilər.

Epilepsiya (sara) xəstələri: Suda tutma halları həyati təhlükə yarada bilər.

Astma və tənəffüs yolları xəstəlikləri: Sərin su və rütubətli hava tutmalar yarada bilər.

Yüksək təzyiq (hipertoniya) xəstələri: Günəş vannası və dəniz suyu təzyiqdə ani dəyişiklik yarada bilər.

Alkoqol qəbul edən şəxslər: Alkoqollu vəziyyətdə suya girmək boğulma riskini ciddi şəkildə artırır.

Uşaqlar və yaşlılar: Xüsusilə nəzarətsiz şəkildə çimənlər üçün təhlükə böyükdür.

Həkimlər əhaliyə tövsiyə edirlər ki, yay istirahətinin fəsada çevrilməməsi üçün sadə təhlükəsizlik qaydalarına riayət edilsin və səhhətində problem olan şəxslər mütləq öncədən tibbi məsləhət alsınlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!