Dənizdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edildi

Hadisə

03 Avqust 2024 16:45 820


Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaş qayıqda baş vermiş nasazlıq səbəbindən açıq dənizdə köməksiz vəziyyətdə qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar. Dominos pizza

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində açıq dənizdə köməksiz vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Hafiz Mikayıl oğlu Məmmədovun olduğu qayıq yedəyə alınaraq sahilə çıxarılıb, vətəndaş xilas edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!