Dənizdən daha bir meyit çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Dənizdən daha bir meyit çıxarıldı

Hadisə

14 Avqust 2023 22:46 1045


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 450 metr aralı, nəzarətsiz ərazidə) suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!