Dənizə bunlarla girməyin - Ekspertdən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Dənizə bunlarla girməyin - Ekspertdən xəbərdarlıq

Sağlamlıq

21 İyun 2024 14:12 3035


Mütəxəssislər kontakt linzalarla hovuza və ya dənizə getməyin kornea infeksiyasına səbəb ola biləcəyini və bunun görmə itkisi də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini izah edib.

Yenisabah.az xəbər verir ki, Ankara Universiteti Tibb Fakültəsi Göz xəstəlikləri kafedrasının müdiri profesor Huban Atilla bu barədə ətraflı danışıb.

“Yay aylarında hovuzlara böyük tələbat var. Hovuzlardakı dezinfeksiyaedici madddələr və xlor vurulur. Gözlər açıq vəziyyətdə suya daldıqda epitel qüsurları (göz səthinə ziyan) yarana bilər. Bu, sanki gözdə qum varmış kimi, qaşınma hissi, qızartı və qabıqlanmaya səbəb olur”. pizza

H. Atilla bu hallarda göz həkiminə müraciət edilməsini vacib sayıb:

“Şüursuz steroid istifadəsi daha ciddi infeksiyalara yol aça bilər. Onun göz təzyiqini artırması da mümükündür". 

Ekspert xüsusilə gənclərin kontakt linzalarla dənizə və ya hovuza girməsini məqbul bilmir:

“Təəssüf ki, kontakt linzalarla hovuza və ya dənizə girmək gözün buynuz qişasının infeksiyası riskini artırır. Buna görə də insan heç vaxt hovuza və ya dənizə kontakt linzaları ilə girməməlidir. Onlara üzgüçülük eynəkləri tövsiyə edirik”.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!